MyBid onlayn e-ticarət mağazasına xoş gəlmisiniz.

Logo
Blog Detail Image
Admin
20 Sentyabr, Cümə

Marketplace nədir?

Marketplace – satış yeri və bazar yeri kimi tanımlanır. Burada məqsəd birdən çox mağazanın bir mərkəzdən idarə olunmasıdır. Geyimdən qidaya, elektronikadan ev üçün əşyalara, ofis ləvazimatlarından tutmuş bazarda mövcud olan istənilən məhsulun satışından bizləri xəbərdar edir. Hər cür seqmentə uyğun çeşidlənmələr belə mümkündür.

Marketplace, sadəcə standart məhsulların satışı demək deyil. Burada eyni zamanda xidmət sektorlarının da bir mərkəzdən satışı təmin edilir. Misal olaraq biznesin optimallaşması, audit və mühasibatlıq xidmətləri, hüquq xidmətləri və s. tək mərkəzdən satış həyata keçirə bilər. 

Marketplace-in əsas yaranma səbəbi, bazarda web və ya mobil tətbiq üzərindən satış edə bilməyənlər üçün, online şəkildə satışlarının olmasına təminat verməkdir. Başqa bir prizmadan baxıldıqda oxşar məhsul və ya xidmət satışı ilə məşğul olan sahibkarların rəqabət qabiliyyətini artırmaqdır. Məhsul və ya xidmətin müqayisəsini marketplace üzərindən rahatlıqla həyata keçirə bilərsiniz.

“MyBid” olaraq platformamızda bu xidmətin istifadə verilməsində məqsəd; istər fərdi sahibkarların istərsədə hüquqi sahibkarların məhsullarının rahatlıqla əlçatan olması və satış artımının yüksəlməsidir. Məhsul sahibi qeydiyyatdan keçdikdən sonra kateqoriyaya uyğun olaraq məhsullarını yerləşdirir. Satışa çıxan məhsulları isə istənilən vaxt tərəfimizdən təmin edilən hərrac yolu ilə satışını təmin edə bilər.