Qaydalar və Şərtlər
Ümumi müddəalar
- Mybid.az website online e - commerce platformasıdır, qaydalar və şərtlər bölməsində Mybid kimi qeyd olunacaq - Mybid E-commerce platformasında hərracları keçirilən məhsullara lot deyilir. - Hərraclar Mybid tərəfindən keçirilir. - Hərracda lotların qoşulma haqqı Mybid tərəfindən təyin olunur - Lotların (məhsul) başlama və bitmə tarixi Mybid tərəfindən təyin edilir. - Lotların şərtləri hərrac başlamazdan öncə Mybid səhifəsində iştirakçılara müsabiqənin detalları o cümlədən məhsul barəsində ətraflı məlumatlar qeyd olunacaq və iştirakçılara bildiriləcək.
İştirak və ödəniş qaydaları
- Mybid.az saytına abunə olmuş şəxs istənilən lota iştirak haqqını ödəyərək qoşula bilər.(məhdudiyyət yoxdu) - Mybid.az saytında bütün ödənişlər nağdsız qaydada həyata keçirilir. - Mybid.az saytında heç bir halda nağd odəniş etmək olmur. - Lotlara qoşulma haqqı heç bir halda qaytarılmır. - Lotlarda iştirak zamanı verilən təklif heç bir halda dəyişdirilmir.
Qalibin təyini və öhdəliklərin pozulması
- Hərrac bitdikdən sonra iştirakçının təklifi əsasında ödəniş etdikdən sonra qalib hesab olunur. - Hərrac bitdikdən sonra iştirakçı təyin edilmiş vaxt ərzində ödəniş tapşırığı yerinə yetirməsə uduzmuş hesab olunur və hərrac bitmiş sayılır.(bank tərəfindən qoyulan limitlər və digər hallar daxil) - Hərrac bitdikdən sonra iştirakçı təyin edilmiş vaxt ərzində ödəniş tapşırığını etməsə və bu hal 3 dəfə təkrarlanarsa mybid.az tərəfindən şəxsin profili bloklanır, qoşulduğu hərraclarda habelə canlı hərraclara da qoşulubsa təklif etmək hüququndan məhrum edilir.(qoşulma haqqı qaytarılmır)
Hərracın uzadılması və ləğvi
- Lotların başlama və bitmə tarixinin uzadılması istisna hallarda mümkündür.(qaydalar çərçivəsində, texiniki problemlər yaranarsa, fors-major hal baş verərsə) - Lotun başlama və bitmə tarixi qeyd olduğu zaman 10 (on) iştirakçı və ya 5 (beş) təklif verən şəxs olmadığı təqdirdə ən geci 7 (yeddi) gün müddətinə qədər uzadıla bilər. - Keçirilən hərracda lot baş tutmadıqda qoşulma haqqı iştirakçılara geri qaytarılaraq keçirilən lota imtina verilir.( bank tərəfindən 7 iş günü müddəti ərzində ödəniş etdikləri bank kartları hesablarına) - Hərracın imtinası hərracın bitməsinə 6 (altı) saat qalmışa qədər qaydalar çərçivəsində imtina oluna bilər. - Hərracda lotun qalibi olmuş şəxs hərracdan imtina edə bilməz və təklifi dəyişdirilməz olaraq qalır.
Məhsulun qaytarılması
- Hərracın qalibi olmuş şəxs qazandığı məhsulu 7 gün müddətində, təklifinin 15 faizi komissiya tutulmaqla təhvil aldığı kimi (istifadə olunmamış) qaytara bilər.(qoşulma haqqı daxil deyil)
Hesab yaradılması və məsuliyyət
- Mybid.az platformasında hesab yaradılarkən - Ad və soyad iştirakçının özünə məxsus olmalı - E-mail və mobil nömrə aktiv olmalı - Qeyd olunan şifrə isə gizli qalmalı əks halda Mybid cavabdehlik daşımır. - Mybid.az saytında qaydalar və şərtlər bölməsi ilə razılaşıb təsdiqləyərək hesab yaradılır. - Mybid.az platformasında kart məlumatlarını qeyd etmiş hər bir şəxs özü məsuliyyət daşıyır. - Myid.az platfomasında şəxsi hesabına qeyd edilmiş kart barəsində şikayət daxil olarsa Mybid.az hesabı bloklanır. - Mybid.az platformasında qaydalar və şərtlər bölməsini oxumayan ve biganə yanaşaraq Mybid.az platformasının qaydalar və şərtlərini qəbul edən iştirakçılar məsuliyyətdən azad olmurlar. - Mybid.az platformasında hesab yaradılarkən qeydiyyatdan keçmiş hər bir şəxs qaydalara və şərtlərə əməl etməlidir.
