
Multifunksionallıq nədir?
MULTİFUNKSİONALLIQ – Bir sistemin 1 dən çox funksiyada birləşməsidir. Burada əsas diqqətə alınması lazım bilinən nüans mövcud layihənin 1 funksiya ilə kifayətlənməməsidir. Hər bir sahə üçün əhəmiyyət kəsb etsə də, əsasən insanlar bu kimi multifunksionallığı finteklərdə və ya e – ticarətlərdə görə bilərlər. Mövcud platformanın alım-satım gücü, hədəf kütləsi, əhatə dairəsi və bir çox göstəricilər zəmin yaradır ki, sistem bir neçə funksiyanı özündə birləşdirə bilsin.
“MyBid” olaraq əsas fərqliliyimiz, istər satıcılara, istərsə də alıcılara bu kimi üstünlüklər yaratmaq oldu. Sistem daxilində sadəcə online alış verişin ən bəsit forması deyil, eyni zamanda mövcud məhsulların fərqli üsullar ilə alışı və satışını təmin edir. Məhsulun onlayn mağaza yolu ilə satışı, hərraca qoyulması, elan olaraq ikinci əl məhsul kimi yenidən satışa çıxarılması və təkrar onlayn hərracın keçirilməsi tamamilə sistemin həm satıcı həmdə alıcı yönümlü olduğunu göstərir.
Eyni zamanda bonus və cashback sistemi və yayınlanan reklama görə passiv gəlirlərin əldə edilməsi platformanın multifuksionallığından xəbərdar edir. Ödəmə zamanı alıcının qarşısına çıxan fərqli ödəmə üsulları, platformanın hər bir kəs üçün gərəkli olduğunu göstərir.